2026-cı ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Gücümüz bərabərlikdir” mövzusunda forum keçirilib. Tədbirdə universitetin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.
Forumun keçirilməsində əsas məqsəd cəmiyyətdə bərabərlik prinsiplərinin təbliği, sosial ədalət və inklüzivliyin əhəmiyyətinin vurğulanması, eyni zamanda gənclər arasında qarşılıqlı hörmət və həmrəyliyin gücləndirilməsi olub.
Forum çərçivəsində Mingəçevir Dövlət Universitetinin tələbələri – Quluzadə Sahibə, Mustafayeva Şəmsiyyə, Mehrəlizadə Zeynəb və Nəsibova Nigar mövzu ilə bağlı çıxış edərək bərabərlik, sosial məsuliyyət və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb, cəmiyyətdə sosial bərabərlik prinsiplərinin təşviqi, gənclərin sosial məsuliyyətinin artırılması və inklüziv dəyərlərin formalaşdırılması istiqamətində fikir mübadiləsi həyata keçirilib.
Sonda forumda fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər gənclər arasında sosial məsuliyyət və vətəndaşlıq dəyərlərinin təşviqinə, bərabərlik və inklüzivlik prinsiplərinin təbliğinə, eləcə də sağlam və həmrəy cəmiyyətin formalaşdırılmasına mühüm töhfə verir.