MDU-da dəyirmi masa: “Tarix yazan əbədiyaşar lider”

2023-cü il oktyabrın 16-da MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişindən sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş sözü ilə çıxış ediblər. Qeyd ediblər ki, müasir Azərbaycanın memarı Heydər Əliyev müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərib. Böyük qurtuluş missiyası ilə ölkəmizi məhv olmaq təhlükəsindən xilas edərək şərəfli tarix yazan dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Hazırda Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan möhtəşəm qalibiyyətlər qazanıb və müstəqillik tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bununla yanaşı, Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və gənclər arasında təbliğinin önəmi vurğulanıb və dəyirmi masanın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra dəyirmi masanın mövzusuna uyğun olaraq çıxışlar dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından Günel Yunusova “Heydər Əliyevin zəngin irsi müasir Azərbaycanın uğurlarının əsasıdır”, Asim Məmmədov “Ümummilli liderin davamlı inkişaf konsepsiyası”, Ayna Babazadə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” və Könül Aydın “Qurtuluşun və yüksəlişin zirvəsində olan müasir Azərbaycan” mövzusunda çıxışlar ediblər.

Çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatda silsiləvi tədbirlər keçirilir.