MDU-da Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə iməcilik keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhərinin 75 illik yubileyi ilə əlaqədar təsdiq edilmiş müvafiq tədbirlər planı çərçivəsində iməcilik tədbirləri keçirilib. İməcilikdə MDU-nun bir qrup əməkdaşları iştirak edib.

İməcilik zamanı universitetin tədris binalarının ərazisində təmizlik və abadlıq işləri aparılıb, ağacların dibi budanıb və mövcud yaşıllıq sahəsi alaqdan təmizlənib.