MDU-nun gənc müəllimləri ilə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə edilib

2024-cü il fevralın 22-də Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup gənc müəllimlə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə edilib.

Strategiyada nəzərdə tutulan məqsəd, hədəf və fəaliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb, gənclərin rəy və təklifləri dinlənilib, onların çoxsaylı suallarını cavablandırılıb.

Gənc müəllimlərin yüksək akademik və tədqiqat potensialına malik olduğunu bildirən MDU-nun rektoru Şahin Bayramov sözügedən Strategiyanın uğurla icrasında fəal iştirak edəcəklərinə əminliyini bildirib, MDU-nun yeni dövrün universitetinə çevrilməsində yaxından iştiraklarına görə onlara təşəkkür edib.