Mingəçevir Dövlət Universitetinin kollektivi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Şəhidlər Xiyabanını ziyarət edib

  • Post category:Patriotism

2026-cı ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə universitetin akademik və inzibati heyəti, tələbə və magistrantları Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirində iştirak edilib, Xiyabanda ucaldılmış Soyqırım abidəsinin önünə gül dəstələri düzülüb və 1918-ci ilin faciəvi hadisələri zamanı həyatını itirən soydaşlarımız dərin hörmət və ehtiramla anılıb.
Ziyarət, həmçinin tələbə və magistrantlar arasında tarixə hörmət, vətənpərvərlik və milli həmrəylik ruhunun gücləndirilməsinə xidmət edib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti hər zaman tarixi dəyərlərə sədaqət və yaddaşın qorunmasını prioritet hesab edir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini diqqət mərkəzində saxlayır.