Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb

AZƏRBAYCANDA HEÇ VAXT DINI, MILLI ZƏMINDƏ HƏR HANSI

QARŞIDURMA, ANLAŞILMAZLIQ OLMAYIB

 

Azərbaycan tolerant bir dövlətdir. Ölkəmizdə başqa millətlərə mənsub insanlar hər zaman sülh və əmin amanlıq şəraitində yaşayıblar. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkləmizin başqa dövlətlərlə dostluq və əməkdaşlığı yüksək səviyyədə olub. 2020-ci ildəki 44 günlük vətən müharibəsindən bizi çox az bir zaman ayırır. Torpaqlarımızın azad olunması uğrundakı müharibədə təkcə azərbaycanlılar deyil, qeyri millətlərə mənsub olan qəhrəman övladlarımız da iştirak edərək şəhidlik zirvəsinə yüksəlmişlər, qazi olmuşlar. Bu onü göstərir ki, Azərbaycanda yaşayan hər bir vətəndaş doğma vətənini ürəkdən sevir, bu sevgi yolunda canından belə keçə bilir. İyirminci əsrin sonlarında ermənilər torpaqlarımızda dəhşətli qətl və soyqırım hadisələri törətsə də, minlərlə soydaşımız məcburi köçkün olsa da, hətta torpaqlarımızı işğal altında saxlasalar belə bizim ölkəmizdə sadə ermənilərə qarşı heç bir təhdid və ya təzyiq göstərilməyib. Azərbaycanda minlərlə erməni yaşayır. Gizlin deyil ki, azərbaycanlıların erməni xalqı ilə birgə yaşamağının böyük tarixi vardır. Hər iki ölkədə, hətta xarici dövlətlərdə belə bu iki xalq sülh şəraitində yaşayıblar. Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Tarixə nəzər salanda da görürük ki, Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb. Ölkə prezidenti yerli və xarici jurnalistlərlə keçirdiyi mıtbuat konfransında bu məsələyə xüsusilə toxunub.

Qeyd olunub ki, bizim ölkəmizdə yaşayan millətlər eyni hüquqludurlar. Torpaqlarımız işğaldan azad olunub. Qarabağda tarixən ermənilər də yaşayıblar. Hər iki xalqın nümayəndələri həmin ərazidə firavan ömür sürüblər. Separatçıların ədalətsiz, amansız hərəkətlərindən sonra məkrli hərəkətlər olsa da biz heş bir zaman münaqişənin tərəfdarı olmamışıq. Bu gün də vətəndaşlarımız mənsub olduqları dildə danışırlar, təbii ki, dövlət dili Azərbaycan dilidir və buna hər kəs hörmətlə yanaşır. Qarabağda yaşayan ermənilər bundan sonra da həmin ərazilərdə yaşayacaqlar. Bunu dövlət başçısı dəfələrlə bəyan edib və mətbuat konfransında bir daha vurğulayıb. “Həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır”. Əlbəttə ki, onlar da Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ilə yaşaya bilərlər. Ərazilərdə dövlətimizin üçrəngli bayrağı dalğalanacaq, milli və dini bayramlarımız keçiriləcək və onlar buna hörmətlə yanaşmalıdırıar.

Artıq müharibə bitib, bəyanat imzalanıb. Indi də aranı qarışdırmağa çalışan qüvvələr var. İki dövləti, xalqları qarşıdurmaya təhrik edən qüvvələrin cavabı o ola bilər ki, düşmənçilik bitsin. Həyatəın öz axarına düşməsi üçün zaman lazımdır. Biz Azərbaycan xalqı olaraq ermənilərin insanlarımıza qarşı törətdikləri amansızlıqları heç bir zaman unutmayacağıq. Lakin bu düşmənçiliyin, qarşıdurmanın nə bizə, nə də ermənilərə heç bir faydası yoxdur. Bunu insanlar qəbul etməlidirlər. Azad olunan ərazilərimizdə həyatın bərpa olunması üçün işlərə başlanıb. Bu torpaqlarda yeni infrastruktur layihələr həyata keçiriləcək və bu böyük quruculuq işlərində dünyanın bir çox dövlətləri də iştirak edəcək.

10 noyabr bəyanatina sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaqdır. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir.

30 ilə yaxın davam edəın münaqişə sona çatıb. İndi yalnız gələcək barədə düşünmək lazımdır. Quruculuq işlərinə start verilib. Azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərində minlərlə vətəndaş çalışacaq ki, bu da yeni iş yerlərinin yaradılması deməkdir. Quruculuq işlərində mingəçevirlilər də iştirak edəcəklər. Bu gün həmin torpaqlarda görüləcək işlərdə, həyatın bərpası üçün salınacaq şəhərlərin, kəndlərin tikintisində iştirak etmək istəyində olan Mingəçevir sakinləri öz xidmətlərini göstərməyə hazırdlrlar . Təki yurdumuzda bir daha müharibə olmasın, insanlar firavan ömür sürsünlər. İqtisadiyyatımızın inkişafı, insanların həyat səviyyəsinin günbəgün yaxşılaşması sabaha olan ümidləri də artırır. Azərbaycan xalqı həyatın hər sahəsində yüksək nailiyyətlər qazanmaq və dövlətimizin tərəqqisi üçün öz töfhəsini verməyə hazırdır.

Zahiq Qasımlı,

“Qızıl Qələm ” mükafatçısı