Mingəçevir Dövlət Universitetində tələbələr arasında narkotik vasitələrin zərərləri ilə bağlı maarifləndirmə aparılıb

Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Günü münasibətilə tələbələr arasında maarifləndirmə işi aparılıb.

Maarifləndirmə zamanı tələbələrə məlumatlandırıcı bukletlər paylanılıb. Bukletlərin paylanılması prosesində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı və universitetin müəllimləri tərəfindən narkotik vasitələrin istifadəsinin insan sağlamlığına, sosial həyata və gələcək inkişaf imkanlarına mənfi təsirləri barədə məlumat verilib.

Söhbət zamanı gənclərin zərərli vərdişlərdən uzaq durmasının, sağlam həyat tərzinə üstünlük verməsinin və hüquqi məsuliyyət barədə məlumatlı olmasının vacibliyi diqqətə çatdırılıb.

MDU-da tələbələrin sağlam, məsuliyyətli və təhlükəsiz gələcəyə hazırlanması istiqamətində maarifləndirici işlərin davamlı olaraq aparılması nəzərdə tutulur.