Rektor Şahin Bayramovun Qurban Bayramı təbriki!

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoş əhvalruhiyyə arzulayıram.

Bizi həmrəyliyə, mərhəmətə və xeyirxahlığa dəvət edən Qurban bayramını ərazi bütövlüyümüzün təmin olunması şəraitində keçirmək qürurvericidir.

Kəsdiyiniz qurbanların və etdiyiniz duaların qəbul olunmasını diləyir, ailələrinizə bol ruzi-bərəkət və firavanlıq arzulayıram.

Qurban bayramınız mübarək olsun!