2024-ci ilin 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdə hər iki tərəfdən professor müəllim heyəti və tələbələr iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova moderatorluq edib. Tədbirdə MDU-nun Təhsil fakultəsinin dekanı dosent Nizami Zeynalov və Etnoqrafiya elmi fond şöbəsinin müdiri dosent Gülzadə Sərxan qızı Abdulova çıxış ediblər. Tədbirin proqramına uyğun olaraq dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbir zamanı iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasını arzulayıblar.
MDU-da “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib
- Post published:21.11.2024
- Post category:MDU xəbərləri
You Might Also Like

MDU kollektivi Energetiklər Gününə həsr olunmuş tədbirdə təmsil olunub

“Simbioz” Texnoloji Biznes İnkubasiya Mərkəzi MDU tələbələrilə görüş keçirib

MDU kollektivi qanvermə aksiyasında iştirak edib

YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

MDU-da Novruz bayramı münasibətilə mühazirə keçirilib

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Oğuz rayonunun Kərimli kənd tam orta məktəbində abituriyentlərlə görüş keçiriblər

2024-cü ilin dekabrın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzi və Elm və innovasiyalar şöbəsinin birgə təşkilatçılığı ilə “Tədqiqat metodları” mövzusunda onlayn seminar keçirilib
