Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupunun üzvləri baş müəllim, iqtisad üzrə fəlsəfə doktoru Hüseynova Ruhiyyə və universitetin müəllimi Aynur Əzizova Mingəçevir şəhəri Rəşad Mirabov adına 7 saylı tam orta məktəbdə müəllim və şagird heyəti ilə görüş keçiriblər.
Görüşün əsas məqsədi məktəblilərə MDU haqqında ətraflı məlumat vermək və tələbə qəbuluna dair məlumatları təqdim etmək olub. Tədbirin sonunda MDU haqqında məlumatların yer aldığı bukletlər şagirdlərə təqdim edilib, onlardan gələn suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün tələbə qəbulunun mütəşəkkil təşkili və təbliğat-təşviqat işlərinin vaxtında aparılması məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi təbliğat-təşviqat qrupu yaradılıb. Bu qruplar Mingəçevir şəhəri və digər regionların ümumtəhsil məktəbləri ilə yanaşı, kolleclərdə də təhsil müəssisələrinin müəllim və buraxılış tələbə kontingenti ilə görüşlər keçirərək bu işləri həyata keçirirlər.
Mingəçevir Dövlət Universiteti təhsil sahəsində əldə etdiyi uğurlarla ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olaraq fəaliyyətini davam etdirir və tələbə qəbulunun təşkili sahəsindəki səylərini daha da artıracaq.