Mingəçevir Dövlət Universitetində ikili diplom proqramları ilə bağlı infosessiya keçirilib

Mingəçevir Dövlət Universitetində tələbələr və akademik heyət üçün ikili diplom proqramlarının genişləndirilməsi mövzusunda infosessiya təşkil olunub.

Tədbirdə universitetin Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova çıxış edərək MDU-nun xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, mövcud və perspektiv ikili diplom proqramları barədə ətraflı məlumat verib. O, bu proqramların tələbələr üçün beynəlxalq təcrübə qazanmaq, rəqabətqabiliyyətli bilik və bacarıqlara yiyələnmək baxımından əhəmiyyətini vurğulayıb.

İnfosessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, ikili diplom proqramlarına qoşulma şərtləri və müraciət prosedurları izah edilib.

Qeyd edək ki, bu kimi tədbirlər MDU-da beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və tələbələrin qlobal təhsil imkanlarına çıxışının genişləndirilməsi məqsədi daşıyır.