Mingəçevir Dövlət Universitetində “Sosial Sahibkarlıq və Dayanıqlı Biznes Modelləri” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur. Təlim Biznes və Menecment kafedrasının müəllimləri Təranə Süleymanova və Aynur Namazova tərəfindən təqdimatlarla keçirilmişdir.
Təlim çərçivəsində sosial sahibkarlığın mahiyyəti – mənfəətlə yanaşı cəmiyyət üçün sosial fayda yaratmaq məqsədli fəaliyyətlər izah edilmişdir. İştirakçılar sosial problemlərin müəyyənləşdirilməsi, onların həlli üçün davamlı biznes modellərinin qurulması və bu yanaşmanın gəlir bərabərsizliyinin azaldılması, məşğulluğun artırılması və həssas qrupların dəstəklənməsində rolu barədə məlumatlandırılmışdır.
Təlim zamanı sosial innovasiya, inklüziv iqtisadi inkişaf, maliyyə resurslarına çıxış və dövlət–özəl sektor əməkdaşlığı kimi məsələlər də müzakirə edilmiş, iştirakçılara sosial sahibkarlıq vasitəsilə dayanıqlı və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin təşviq olunması yolları göstərilmişdir.
Təlim interaktiv formatda təşkil olunmuş, iştirakçılar real nümunələr üzərində fikir mübadiləsi aparmış, sosial sahibkarlığın praktik aspektlərini öyrənmiş və gələcək fəaliyyətlərdə tətbiq etməyə hazır olmuşlar.
Nəticə etibarilə, bu təlim iştirakçılara sosial sahibkarlıq sahəsində bilik və bacarıqlar qazandırmaqla yanaşı, dayanıqlı biznes modellərinin tətbiqi və cəmiyyət üçün dəyər yaratmaq istiqamətində praktik hazırlıq imkanları təmin etmişdir.