2026-cı ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetində növbəti vətəndaş qəbulu keçirilib. Universitetin rektoru Anar Eminov və struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil olunan qəbulda tələbə, magistrant, məzun və vətəndaşların müraciətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən məşğulluq imkanları, tədris prosesinin təşkili, tələbə təşəbbüslərinin dəstəklənməsi, startap layihələrin inkişafı və beynəlxalq proqramlarda iştirak ilə bağlı olub.
Edilən müraciətlər dinlənilib, müvafiq tapşırıqlar verilib, bir sıra məsələlər yerində həllini tapıb, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
Görüşdə MDU-da şəffaf idarəetmənin, açıq dialoqun, innovasiya və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin, eləcə də dayanıqlı inkişaf və yaşıl universitet prinsiplərinə uyğun fəaliyyətin prioritet istiqamətlərdən olduğu vurğulanıb.
Qeyd edək ki, MDU-da mütəmadi keçirilən vətəndaş qəbulları universitet rəhbərliyi ilə tələbə və vətəndaşlar arasında səmərəli ünsiyyətin gücləndirilməsinə xidmət edir.