Mingəçevir Dövlət Universitetində 2026/2027-ci tədris ili üçün aşağıda qeyd olunan ixtisaslara (Azərbaycan bölməsi üzrə) ödənişli əsaslarla əyani və qiyabi təhsil formaları üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu başlanır. Təkrar ali təhsilə qəbul “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədlərin verilməsi QAYDASI” ilə həyata keçirilir. Mingəçevir Dövlət Universitetində təkrar ali təhsilə sənəd qəbulu 04 iyun 2026-cı il tarixdən elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək.
Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsi ilə elektron qaydada təqdim edir. Sənədlər müvafiq tələblərə cavab verdikləri halda namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibələrin Mingəçevir Dövlət Universitetində əsas tədris korpusunda keçirilməsi nəzərdə tutulub.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (scan variantda) təqdim etməlidirlər:
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə) (scan variantı);
- 3×4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti (scan variantı).
- Vətəndaşın hazırkı “Tələbə-məzun” statutusunun müəyyənləşdirilməsi üçün dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz);
- İş yerinə dair arayış/əmək kitabçasının scan variantı.
QEYD:
- 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
- Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron formada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.
- Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
- Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq müəyyən edilmişdir (siyahı əlavə olunur).
- Təhsil Azərbaycan dilində aparılır.
Ünvan: Dilarə Əliyeva küçəsi 21, Mingəçevir Dövlət Universiteti, Əsas bina, otaq 315
dos. Vəfa Məhərrəmova, Ömürboyu Təhsil Məktəbinin direktoru
Mobil/ WhatsApp: (051) 389 22 02;
Günel İsmayılova, Ömürboyu Təhsil Məktəbi, Qiyabi və təkrar ali təhsil bölməsinin müdiri
Mobil/ WhatsApp: (051) 790 20 89
| № | İxtisasın şifri | İxtisasların adı | Təhsil haqqı (əyani) | Təhsil haqqı (qiyabi ) |
| 1 | 6008006 | Social work | 1600 | |
| 2 | 6004002 | Business management | 1600 | 1400 |
| 3 | 6004003 | Public Administration | 1600 | 1400 |
| 4 | 6004004 | Economy | 1600 | 1400 |
| 5 | 6004005 | Finance | 1600 | 1400 |
| 6 | 6004006 | Marketing | 1600 | 1400 |
| 7 | 6004007 | Management | 1600 | 1400 |
| 8 | 6004008 | Accounting | 1600 | 1400 |
| 9 | 6008007 | Tourism guide | 1600 | 1400 |
| 10 | 6008008 | Organization of tourism work | 1600 | 1400 |
| 11 | 6005004 | Ecology | 1600 | |
| 12 | 6006007 | Ecological engeenering | 1600 | |
| 13 | 6006008 | Electrical and electronics engineering | 1600 | |
| 14 | 6006009 | Energy engineering | 1600 | |
| 15 | 6006017 | Information security | 1600 | |
| 16 | 6006016 | İnformasiya texnologiyaları | 1600 | |
| 17 | 6006022 | Computer engineering | 1600 | |
| 18 | 6005009 | Computer science | 1600 | |
| 19 | 6006036 | Transportation engineering | 1600 | |
| 20 | 6006041 | Industrial engineering | 1600 | |
| 21 | 6006015 | Life safety engineering | 1600 |