MDU-da imtahan sessiyası müddətində “Açıq qapı” günləri keçiriləcək

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

İmtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2024-cü ilin 09 yanvar tarixində saat 12:00-da keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər muraciet@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.