Mingəçevir Dövlət Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə insan hüquq və azadlıqlarına dair məlumatlandırıcı bukletlər paylanılıb. Bukletlərdə insan hüquq və azadlıqlarının mahiyyəti, tələbələrin təhsil prosesində sahib olduqları hüquq və öhdəliklər, həmçinin hüquqi məlumatlılığı artıran digər vacib məlumatlar yer alıb.
Tədbirin əsas məqsədi tələbələrdə hüquqi savadlılığı artırmaq, onların hüquq və vəzifələri barədə düzgün məlumatlanmasını təmin etməkdir.