8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin II korpusunun kitabxanasında “Zəfərimizin şanlı səhifəsi” adlı tədbir təşkil olunub. Tədbir çərçivəsində kitabxana əməkdaşları Zəfər Gününün tarixi məzmunu, mənəvi dəyəri və Azərbaycan xalqının qəhrəmanlıq irsindəki əhəmiyyətindən danışıblar.
Universitetin müəllim və tələbələrinin çıxışları ilə davam edən tədbir vətənpərvərlik ruhunun təbliği, Zəfər Gününün gənc nəslə doğru və dolğun şəkildə çatdırılması baxımından diqqət çəkib. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin Azərbaycan xalqının birlik və mübarizə əzminin nəticəsi olduğu xüsusi vurğulanıb.
Sonda MDU-nun Kitabxana-İnformasiya Mərkəzinin müdiri tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq iştirakçılara təşəkkür edib və bu kimi tədbirlərin gənclərdə milli ruhun gücləndirilməsi baxımından davam etdirilməsinin vacibliyini bildirib.