You are currently viewing MDU tələbələri üçün Türkiyədə təhsil imkanı: Ege Universitetinə tələbə mübadiləsi üzrə müraciətlər başladı!

MDU tələbələri üçün Türkiyədə təhsil imkanı: Ege Universitetinə tələbə mübadiləsi üzrə müraciətlər başladı!

Mingəçevir Dövlət Universitetinin bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Ege Universitetində 2025/2026 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciətlər açıq elan edilir!

Ege Universitetində mübadilə üçün aktiv ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

– MDU-nun bakalavr səviyyəsi üzrə (II və III kurss) tələbəsi olmaq;

– Ərizə forması (Forum)

– Transkript (ÜOMG minimum 75 bal);

– İngilis və ya türk dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Ege Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri iro@mdu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS və TOEFL sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis və ya türk dili biliyi üzrə imtahan təşkil olunacaq.

Müraciət üçün son tarix: 15.12.2025

Əlaqə:

Beynəlxalq əməkdaşlıq ofisi (MDU, əsas bina, 2-ci mərtəbə, 211-ci otaq)

E-mail: iro@mdu.edu.az