You are currently viewing MDU-da 2023/2024-cü tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edilib

MDU-da 2023/2024-cü tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edilib

2024-cü il fevralın 15-də Mingəçevir Dövlət Universitetinin  (MDU) rektoru Şahin Bayramov 2023/2024-cü tədris ilinin yaz semesterinin başlaması münasibətilə dekanlar, kafedra müdirləri və digər rəhbər heyət üzvləri ilə görüş keçirib.

Görüş zamanı  yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edilib, bakalavriat və magistratura səviyyələrində dərs qrafiklərinin hazırlanması, buraxılış işi və magistr dissertasiyalarının yazılması, təcrübələrin təşkili, tədrisin keyfiyyəti üzrə monitorinqlərin aparılması, tələbələrlə işin gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Yaz semestri ərzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək tədbirlər, “MDU 2030: İnkişaf Strategiyası”nın icrası, elmi tədqiqatların səmərəliliyinin artırılması barədə məlumat verən rektor nəzərdə tutulan elmi konfranslar, cəmiyyətə faydalı sosial fəaliyyətlər, beynəlxalq əməkdaşlıq və digər vacib məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlarını verib.

MDU-nun cari ilin 16 fevral tarixində start götürəcək yaz semesterinə hazırlığının qənaətbəxş olmasını bildirən Ş.Bayramov bütün tələbə və magsitrantlara, akademik-inzibati heyət üzvlərinə uğurlar arzulayıb.