You are currently viewing XII BEYNƏLXALQ AVRASİYA TƏTBİQİ ELMLƏR KONFRANSI

XII BEYNƏLXALQ AVRASİYA TƏTBİQİ ELMLƏR KONFRANSI

XII BEYNƏLXALQ AVRASİYA TƏTBİQİ ELMLƏR KONFRANSI

17-18 fevral 2025-ci il.

Mingəçevir Dövlət Universiteti

17-18 fevral 2025-ci il tarixlərində Mingəçevir Dövlət Universitetinin evsahibliyində İKSAD İnstitutu (Türkiyə) ilə birgə “XII BEYNƏLXALQ AVRASİYA TƏTBİQİ ELMLƏR KONFRANSI” keçiriləcəkdir.

Hibrid formatda baş tutacaq konfrans haqqında ətraflı məlumat əldə etmək üçün https://www.euroasiacongress.org/applied saytına daxil ola bilərsiniz.

KONFRANS MƏQSƏDİ

Konfransın əsas məqsədi, təbiət elmləri, riyaziyyat, tibb elmləri, aqrar və baytarlıq elmlərində dünyada və ölkəmizdə aparılan elmi tədqiqat işlərinin elm adamları və ictimaiyyətin diqqətinə çatdırmaqdır. Konfransda məruzə olunacaq yeni elmi biliklər gələcəkdə aparılacaq elmi tədqiqat işləri üçün mühüm mənbə rolunu oynayacaq, həmçinin konfransda iştirak edəcək dünyanın müxtəlif ölkələrindən olan elm adamları arasında yeni əməkdaşlıq imkanları yaranacaqdır.

Konfransda məruzə edilən bütün tezislər ISBN-li konfrans materialları kitabına daxil ediləcəkdir.

​​

KONFRANSIN ƏHATƏ DAİRƏSİ

Konfransımız tətbiqi elmlərin bütün sahələrinə aid yeni elmi tədqiqat işlərinə açıqdır. Mühəndislik, tibb elmləri, riyaziyyat, təbiət etmləri, aqrar elmlər, baytarlıq sahəsində yazılmış elmi məqalə və tezislərlə konfransda iştirak etmək mümkündür. Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir.

BAŞLICA ELMİ İSTİQAMƏTLƏR

Tibb elmləri

Riyaziyyat

Kimya

Biologiya

Fizika

Digər təbiət elmləri

Aqrar emlər

Baytarlıq

Mühəndislik

İnformasiya texnologiyaları

KONFRANSIN SƏDRİ

Uzeyir ZEYNALOV

Mingəçevir Dövlət Universitetinin Rektoru (v.i.e)

TƏŞKİLAT KOMİTƏSİNİN SƏDRİ

Dos. Asim Məmmədov

Mingachevir State University

TƏŞKİLAT KOMİTƏSİ

Dos. Vüqar Mustafayev, Mingəçevir Dövlət Universiteti

Dos. Almaz Əliyeva, Mingəçevir Dövlət Universiteti

Dos. Mahir İsmayılov, Mingəçevir Dövlət Universiteti

Dos. Aida Mustafayeva, Mingəçevir Dövlət Universiteti

Dos. Təranə Yusibova, Mingəçevir Dövlət Universiteti

Dr. Rövşən Babayev, Mingəçevir Dövlət Universiteti

​​

ELM KOMİTƏSİNİN SƏDRİ

Prof. Veysəl ƏYYUBOV

Mingachevir State University

ELM KOMİTƏSİ

Prof. Resul KARA, Düzce Universiteti

Prof. Savaş DİLİBAL, Gedik Universiteti

Dos. Vüqar MUSTAFAYEV, Mingəçevir Dövlət Universiteti

Dos. Sahib MUSTAFAYEV, Mingəçevir Dövlət Universiteti

Dos. Elmira İSRAFILOVA, Mingachevir Dövlət Universiteti

Dos. Müsəllim HÜMMƏTOV, Mingəçevir Dövlət Universiteti

Dr. Erkan EFİLTİ, Qırğızıstan-Tükiyə Manas Universiteti

Dos. Şenol ŞİRİN, Düzce Universiteti

Dos. Ferzan KATIRCIOĞLU, Düzce Universiteti

Dr. Muhammad FAISAL, Director Ministry of Human Rights, Pakistan

Dr. Nurlan AXMETOV, Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti

Dr. Alina AMANZHOLOVA, Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti

​​​

ƏHƏMİYYƏTLİ TARİXLƏR

​Tezis və ya xülasələrin göndərilməsi üçün son gün: 2 fevral 2025-ci il.

​Konfransın proqramının elan edilməsi: 7 fevral 2025-ci il.

​Bölmə iclasları: 17 fevral 2025-ci il.

​Online iclaslar: 17-18 fevral 2025-ci il.

Konfrans tam mətnlərinin göndərilməsi üçün son gün: 23 fevral 2025-ci il (tam metn gönderilməsi istəyə bağlıdır).

​ISBN-li konfrans materiallarının dərc olunacağı tarix:  10 mart 2025-ci il.

​​

Qeyd:

Tam metninizi gönderirken benzerlik raporunu da göndermeniz (en fazla %25) hakem sürecinin daha hızlı yürümesini sağlayacaktır. Herhangi bir mağduriyet yaşamamak adına lütfen yukarıdaki hususlara dikkat ediniz

​​​

XÜLASƏ və TAM MƏTNLƏRİN TƏRTİBİ VƏ GÖNDƏRİLMƏSİ QAYDALARI

– Konfransa tezis və geniş mətn formasında tərtib etdiyiniz materialın əvvəlcə xülasə hissəsini göndərməlisiniz. Xülasələrin göndərilməsi üçün son tarix 02 fevral 2025-ci ildir. Bu tarixə qədər xülasələrinizi info@euroasiacongress.org elektron poçt ünvanına göndərməyiniz vacibdir.

– Xülasələr Elm Komitəsi tərəfindən 2-3 gün ərzində qiymətləndirilir və alınan qərar müəlliflərin elektron poçtuna göndərilir.

– Elektron poçtuna qəbul məktubu daxil olan müəlliflər ən gec 03 fevral 2025 tarixinə kimi konfransın saytında qeyd olunan bank hesabına ödənişi etməli və qəbzi konfransın elektron poçtuna göndərməlidir.

– Tezis və xülasələr konfrans kitabına daxil ediləkdir. Geniş mətn göndərmək müəllifin istəyinə bağlıdır. Tam mətnlərin göndərilməsi üçün son gün 23 fevral 2025-ci il. Göndəriləcək elektron adres: info@euroasiacongress.org  

Tam mətnlər göndərildiyi zaman müəlliflər, anti-plaqiat hesabatını da yükləməlidir.

TEZİN, XÜLASƏ VƏ GENİŞ MƏTNİN TƏRTİQİ QAYDALARI

  • Tezis, xülasə və geniş mətn mütləq surətdə Times New Roman, 11 şrift ilə yazılmalı, sətir araları 1 interval olmalı, paraqrafsız buraxılmamalıdır. BAŞLIQ, müəllifin Adı və SOYADI, müəssisə adı, elektron poçt, Orcid nömrəsi daxil edilməlidir. 
  • Əsas və alt başlıqlar BÖYÜK hərflərlə və tünd yazılmalıdır.
  • Geniş mətnlər ən az 5 səhifə, ən çox isə 25 səhifə həcmində olmalıdır.
  • Geniş mətnlərdə Xülasə, Giriş, Alt başlıq(lar), Nəticə, İstifadə edilmiş ədəbiyyat siyahısı  olmalıdır.
  • Geniş mətn APA metodundan istifadə edilərək hazırlanmalıdır.

​​

ELMİ JURNALDA MƏQALƏ FORMASINDA DƏRC ETDİRMƏK

İştirakçılar, könüllü olaraq konfransa göndərdikləri materialın xülasə hissəsini konfransın materialların yer alacağı kitabda, tam mətni isə 12 ildir nəşr olunan “Uluslararası Avrasya Uygulamalı Bilimler Dergisi”nde məqalə şəklində dərc elətdirə bilərlər. Konfransın iştirakçılar üçün məqalələrini jurnalda nəşr elətdirmək üçün əlavə 50 azn ödəniş edəcəklər. Bunun üçün, konfrans iştirakçıları məqalənin təkcə xülasə hissəsini və açar sözləri konfransın elektron poçtuna, məqalənin tam mətnini isə jurnalın elektorun poçtuna yükləməlidir. Bundan sonrakı proses (ödəniş, hakem, məqalənin nəşri və s.) artıq jurnalın redaksiya heyəti tərəfindən həyata keçiriləcəkdir. Jurnalın redaksiya heyətinin tövsiyyə edəcəyi məqalələr nəşrə buraxılacdır.

Jurnalın web adresi: https://euroasiajournal.org/index.php/ejas

Qeyd: Məqalə, jurnalın tələbləri istiqamətində tərtib edilməlidir.

Konfransa dair sual və təklifləriniz üçün, aşağıdakı elektron poçt ünvanına və mobil nömrəyə yaza bilərsinizi.

E-mail: info@euroasiacongress.org

Whatsapp: (+90)5050727892