MDU-da Akademik Zərifə Əliyevaya həsr olunmuş mühazirə keçirilib

2024-cü ilin 25 aprelində Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Görkəmli oftalmoloq-alim, əzəmətli ana, unudulmaz şəxsiyyət: Zərifə Əliyeva” mövzusunda mühazirə keçirilib.

Mühazirədə MDU-nun Təhsil fakültəsinin professor-müəllim heyəti, tələbə və magistranlar iştirak edib.

Əvvəlcə akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqləik sükutla yad edilib. Sonra akademikin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova çıxış edərək, ilk növbədə görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən bir ana olan Zərifə xanımın yüksək insani xüsusiyyətləri, təvazökarlığı, xeyirxahlığından məmnunluqla söz açarq, onun hər zaman sonsuz hörmət və məhəbbətlə xatırlandığını bildirib. Kafedra müdiri Akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərlərinin həmişə təqdirlə qarşılandığını diqqətə çatdırıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyevanın respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etməsi, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmasından danışan E.Cəfərova akademikin çoxcəhətli elmi və tibbi fəaliyyətinin təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb etdiyini və aktuallığını qoruduğunu vurğulayıb.

Sonra proqrama uyğun olaraq Humanitar fənlər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova məruzə ilə çıxış edib. Bildirib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan “Averbax” mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük zəhmət sərf etmiş alimin çoxsaylı məqalələri, çıxışları, kitabları, elmi monoqrafiyaları həkimlərin cəmiyyətdə şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə olduğunu qeyd edən G.Yunusova akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətləri barədə ətraflı çıxış edib.