You are currently viewing Mingəçevir Dövlət Universiteti “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunda təmsil olunur

Mingəçevir Dövlət Universiteti “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunda təmsil olunur

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçirilir.

09-11 sentyabr tarixlərində baş tutan yarışda Mingəçevir Dövlət Universitetinin (MDU) “Land of MDU” komandası da iştirak edir.

Regionu təmsil edən MDU komandası yarışa “Ətraf mühitin tullantılardan təmizlənməsinə töhfə verəcək ağıllı həll təqdim etmək” ideyasına əsaslanan layihə ilə qoşulub.

Qeyd edək ki, sürətlə müasirləşən MDU-da tələbə gənclərin startap fəaliyyətinə fəal cəlb olunması və onların innovativ ideyalarının layihələndirilməsi diqqət mərkəzində saxlanılır.