Mingəçevir Dövlət Universitetində UNDP layihəsi ilə bağlı görüş keçirilib

2022-ci ilin 14 aprel tarixində BMT-nin İnkişaf Proqramının (UNDP) layihə eksperti Don Taylor, Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov və baş mütəxəssisi Fariz Qarayev ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib.

Görüşdə UNDP tərəfindən Azərbaycanda həyata keçirilən “Bölgələrdə davamlı turizmin inkişafına dəstək” layihəsi haqqında məlumat verilib, layihə çərçivəsində MDU ilə əməkdaşlığın potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb, turizm sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi və məzmununun yenilənməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə yerli və xarici tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.