Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

2021-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər.

”Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov universitetin bütün professor-müəllim heyəti üzvlərini peşə bayramı münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Ümummilli Liderimiz Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini qeyd edən Ş.Bayramov hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər nəticəsində müəllimlərin sosial rifahının yüksəlməsi və hərtərərfli inkişafı üçün yaradılan əlverişli imkanlardan danışıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra, ilk dəfə olaraq, Müəllimlər Gününün sonsuz sevinc və fəxarət hissləri ilə qeyd edilməsindən danışan rektor ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə yüzlərlə təhsil işçisinin də iştirak etdiyini bildirib və torpaqlarımızın işğaldan azad edilməsi yolunda canını fəda edən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı qələbədə gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin rolunu vurğulayan rektor bu işdə valideynlərlə yanaşı, müəllimlərin də böyük pay sahibi olduğunu vurğulayıb və son dövrdə MDU-da təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi ilə bağlı görülən işlərdə gənc akademik heyət üzvlərinin aktivliyindən bəhs edib.

Sürətli modernləşmə yolunu seçən MDU-nun strateji hədəflərindən söz açan rektor yeni dövrün tələblərinə uyğun yüksək keyfiyyətli kadrların hazırlanması üçün müəllimlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

Görüşdə çıxış edən MDU-nun qocaman və gənc müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarını təbrik ediblər, eləcə də göstərilən diqqətə və həssaslığa, universitetdə formalaşmış sağlam ailə atmosferinə görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da müəllimlərlə müntəzəm görüşlərin keçirilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması və hərtəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=690|limitstart=0|limitcount=0}