Tələbəyönümlü və Səriştəəsaslı Tədris Yanaşmalarının Tətbiqi Təlimi”

  • Post category:Pedaqogika

Mingəçevir Tibb Kollecində “Tədris metodlarında tələbəyönümlü, problemyönümlü tədris, səriştəəsaslı tədris, nəzəriyyə və praktik tətbiqəəsaslanan yanaşmaların tətbiqi vəziyyəti” mövzusunda təlim təşkil olunmuşdur. Təlim Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Quliyeva Səbinə tərəfindən keçirilmiş, təlimdə kafedranın müəllimləri Kərimova Aytəkin və Yusubova Türkanə də iştirak etmişlər.

Təlimin məqsədi tədris prosesində müasir pedaqoji yanaşmaların rolunu izah etmək, tələbəmərkəzli təlim mühitinin formalaşdırılması istiqamətində müəllimlərin metodiki bilik və bacarıqlarını inkişaf etdirmək olmuşdur.

Tədbir çərçivəsində iştirakçılara tələbə yönümlü və problem yönümlü təlim yanaşmalarının xüsusiyyətləri, səriştə əsaslı təhsilin məzmunu və bu yanaşmaların tibb təhsilində tətbiqi imkanları barədə məlumat verilmişdir. Müzakirələr zamanı nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsinin əhəmiyyəti vurğulanmış, dərs prosesində tətbiq oluna biləcək müxtəlif metod və strategiyalar ətrafında fikir mübadiləsi aparılmışdır.

Təlimin yekununda iştirakçılar tələbəyönümlü və səriştəyə əsaslanan təhsilin mahiyyətini əsaslandırmış, səriştəəsaslı tələbəmərkəzli tədris metodlarını müəyyənləşdirərək onların tədris prosesində tətbiqi yolları barədə müzakirələr aparmışlar. Təlim iştirakçıların peşəkar inkişafına töhfə verməklə yanaşı, tədris prosesində müasir yanaşmaların tətbiqinə dair praktiki baxışların formalaşmasına da şərait yaratmışdır.