2025/2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələr üçün payız semestrinə start verilir. 05 yanvar 2026-cı il tarixindən etibarən universitetin qiyabi təhsilalma forması üzrə tədris prosesi başlanılır.
Payız semestrinin başlanması münasibətilə Ömürboyu Təhsil Məktəbinin kollektivi I kurs tələbələrini tələbə adını qazanmaları və universitetdə ilk dərs gününə başlamaları münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Keçirilən görüşlər zamanı tələbələrə dərs cədvəli, tədris prosesinin təşkili, qiymətləndirmə və imtahan qaydaları barədə ətraflı məlumat verilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, qiyabi təhsil alan tələbələr üçün tədris prosesi mövcud normativ sənədlərə uyğun şəkildə təşkil olunur və onların akademik inkişafı daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində Mingəçevir Dövlət Universiteti-nə bakalavriat səviyyəsi üzrə qiyabi təhsilalma forması əsasında 125 nəfər, həmçinin təkrar ali təhsil üzrə 102 nəfər tələbə qəbul olunub.