Mingəçevir Dövlət Universitetində “Quraqlıq və su qıtlığı şəraitində kənd təsərrüfatı” mövzusuna həsr olunan təlim təşkil edilib. Təlim universitetin İqtisadiyyat kafedrasının müdiri Zivər Zeynalova tərəfindən keçirilib.
Təlim müasir iqlim dəyişiklikləri şəraitində aqrar sektorun qarşılaşdığı əsas çağırışlardan biri olan su qıtlığı və quraqlıq risklərinin idarə olunmasına həsr edilib. Tədbir çərçivəsində iştirakçılara kənd təsərrüfatında dayanıqlılığın təmin edilməsi, su resurslarının səmərəli idarə olunması və iqlimə uyğun adaptasiya strategiyalarının tətbiqi ilə bağlı geniş nəzəri və praktik biliklər təqdim olunub.
Təlim zamanı quraqlığın kənd təsərrüfatına təsir mexanizmləri, su resurslarının idarə olunmasında mövcud problemlər və bu sahədə tətbiq olunan müasir texnologiyalar sistemli şəkildə izah edilib. Eyni zamanda, iştirakçılara risklərin azaldılması və məhsuldarlığın qorunması məqsədilə effektiv yanaşmalar təqdim olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.