You are currently viewing Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis 2022/2023-cü tədris ilində Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.

TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (İngilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.

Bütün xərclər Fulbright proqramı tərəfindən qarşılanacaqdır.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvafiq əməkdaşlarına təşəkkür edirəm.

MDU ailəsinin bütün üzvlərini, o cümlədən MDU-nu seçəcək abituriyentləri ürəkdən təbrik edirəm.

Mingachevir State University (MSU) will be hosting an American specialist within the Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Program of US Department of State.

The specialist with TEFL (Teaching English as a Foreign Language) Certificate will support us to improve Foreign Language (English) program, as well as to increase the quality of English Language courses within other programs and to develop foreign language capacity of students and staff.

All expenses will be covered by the Fulbright Program.

My big thanks go to our colleagues from the US Embassy in Azerbaijan. I sincerely congratulate MSU family members including our future students.

https://www.facebook.com/100063831514918/posts/pfbid02RTdvyMhpYCqRX63Xsm7haQBThMbzcFcJKbYyYTn6EMmnAdVNsMYBcwUpqg787uLhl/