Mingəçevir Dövlət Universitetində “STEM sahələrində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “STEM sahələrində qadınların rolunun artırılması” mövzusunda seminar uğurla keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının təhsil siyasətinə, gender bərabərliyi prinsiplərinə və müasir innovativ təhsil yanaşmalarına uyğun olaraq təşkil edilmişdir.

Seminarın əsas məqsədi qadınların STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrinə marağını artırmaq, mövcud imkanlar və perspektivlər barədə iştirakçılara məlumat vermək və onların elmi-peşəkar fəaliyyətə cəlb olunmasını təşviq etmək olmuşdur.

Tədbir çərçivəsində iştirakçılar STEM sahələrinin müasir inkişaf istiqamətləri, qadın alim və mütəxəssislərin nailiyyətləri, qarşılaşılan çətinliklər və onların aradan qaldırılması yolları barədə geniş məlumat əldə etmişlər.

Seminar proqramı çərçivəsində aşağıdakı təqdimatlar keçirilmişdir:

  • “STEAM sahəsində qadınların liderliyi: rəqəmsal gələcəyin qurucuları” – Məhsəti Əliyeva, Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi.
  • “Qadınlar və innovasiya: Dayanıqlı inkişafın elmi təməli” – Xəyalə Hüseynzadə, Mingəçevir Dövlət Universiteti, Fizika və Ekologiya kafedrasının müəllimi.
  • “STEM-də Qadın Rolu: Tədris Təcrübəsindən Gələn Müşahidələr və Reallıqlar MDU timsalında” – Dos. Hüseyn Azər, Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış, seminarın yekununda iştirakçılar STEM sahələrində qadınların rolunun gücləndirilməsinin əhəmiyyətini vurğulamış və gələcəkdə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparmışlar.