Dəyərli Mingəçevir Dövlət Universiteti ailəsi!
Dear friends!
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və iftixar tarixidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi sayəsində həsrətində olduğumuz torpaqlarımızın ərazi bütövlüyü təmin olundu.
Bu tarixi gün, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin, qəhrəman qazilərimizin və rəşadətli ordumuzun zəhməti sayəsində əldə etdiyimiz böyük qələbənin simvoludur. Azərbaycan xalqının birliyi, iradəsi və əzmi ilə yazdığı bu zəfər dastanı hər birimiz üçün iftixar mənbəyidir.
Bu möhtəşəm bayramda Şəhidlərimizi dərin ehtiramla anırıq, qazilərimizə can sağlığı və uzun ömür diləyirik. Vətənimizin şanlı gələcəyini təmin edən qəhrəmanlarımızın ruhu daim bizimlədir və bu zəfər onların bizə əmanətidir.
Zəfər Günümüz mübarək!