Mingəçevir Dövlət Universitetində 2026-cı il 11 iyun tarixində “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində tələbələr üçün xaricdə təhsil imkanlarına həsr olunmuş infosessiyalar təşkil olunacaq.
MDU-nun Əsas tədris binasının 203 nömrəli otağında hibrid formatda keçiriləcək infosessiyalarda tələbələr beynəlxalq təhsil mühiti, xarici universitetlərdə təhsil imkanları, mübadilə proqramları, təqaüd mexanizmləri, qəbul qaydaları və qlobal karyera perspektivləri barədə ətraflı məlumat əldə edəcəklər.
Saat 10:00-da INTI International University & Colleges tərəfindən keçiriləcək infosessiyada Malayziyada təhsil imkanları, bakalavr və magistr proqramları, kampus həyatı, tələbələr üçün dəstək xidmətləri, “Study Tour” sessiyası və “Student Mobility” imkanları barədə təqdimat ediləcək.
Infosessiyaya onlayn qoşulmaq üçün link:
https://teams.microsoft.com/meet/45398013879500?p=yOXlipNG9JMnsiI4Qi
Meeting ID: 453 980 138 795 00
Passcode: cq78B4o8
Saat 11:00-da DAAD tərəfindən keçiriləcək infosessiyada isə Almaniyada ali təhsil sistemi, beynəlxalq təqaüd proqramları, magistratura və yay məktəbləri üzrə imkanlar, müraciət prosedurları, qəbul şərtləri və beynəlxalq tələbələr üçün mövcud dəstək proqramları barədə praktik məlumatlar təqdim olunacaq.
DAAD infosessiyasında DAAD nümayəndəsi Klaudio Kasperl çıxış edəcək.
Infosessiyaya onlayn qoşulmaq üçün link:
https://teams.live.com/meet/9316642771801?p=Nh9ZmyxgIHNyxevNg1
Infosessiyaların keçirilməsində əsas məqsəd MDU tələbələrinin beynəlxalq akademik mühitə inteqrasiyasına dəstək göstərmək, onların xaricdə təhsil, mübadilə və təqaüd proqramları barədə məlumatlılığını artırmaq, həmçinin gələcək təhsil və karyera planlarının daha məqsədyönlü şəkildə qurulmasına töhfə verməkdir.
Tələbələr infosessiyalarda fəal iştirak etməyə dəvət olunur.