Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək olsun!

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin dəyərli üzvləri!

Sizi, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirik!

Yola saldığımız 2022-ci il müasirləşməkdə olan MDU üçün çoxsaylı uğurlarla əlamətdar oldu. Bu uğurların qazanılmasında fəal iştirakınıza görə hər birinizə təşəkkür edirik!

İnanırıq ki, 2023-cü ildə MDU ailəsi daha böyük nailiyyətlər əldə edəcəkdir!

Yeni təqvim ilində hər birinizə möhkəm cansağlığı, firəvanlıq, şəxsi və professional həyatda yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!

Həmrəylik Günümüz və Yeni İl Bayramımız mübarək olsun!

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru