Mingəçevir Dövlət Universitetində vəzifə bölgüsündə gender balansının qorunması mövzusunda təlim keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində tələbələr üçün “Vəzifə bölgüsündə qadın və kişi say balansının qorunması” mövzusunda təlim təşkil olunub. Təlim universitetin İnsan Resursları şöbəsinin mütəxəssisi Arzu Əlləzova tərəfindən həyata keçirilib.

Təlim zamanı iştirakçılara gender balansının əhəmiyyəti, onun təşkilati effektivlik, ədalətli idarəetmə və sağlam iş mühitinin formalaşdırılmasında rolu barədə ətraflı məlumat verilib. Nurlana Hüseyn və Arzu Əlləzova mövzu ilə bağlı təqdimatla çıxış edərək əsas anlayışları qısa və aydın şəkildə izah ediblər.

İnteraktiv formatda keçirilən təlim çərçivəsində tələbələr kiçik qruplara bölünərək mövzu ətrafında müzakirələr aparıblar. Fikir mübadiləsi və qrup işi iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə şərait yaradıb.

Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib, onların yanaşmaları müzakirə olunub və sualları cavablandırılıb.

Qeyd edək ki, bu kimi təlimlərin təşkili tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi ilə yanaşı, analitik düşünmə və komanda ilə işləmək bacarıqlarının inkişafına da mühüm töhfə verir.