Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb
2023-cü ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə
MDU Ukraynada beynəlxalq konfransda təmsil olunub
Mingəçevir Dövlət Universiteti (MDU) 2023-cü ilin noyabrın 23-də Ukrayna Təhsil və Elm Nazirliyinin və Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin
ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində həyata
Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində virtual akademik mobillik proqramının birinci hissəsi başa çatıb
Mingəçevir Dövlət Universiteti (MDU) ilə Ukraynanın Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD arasında əməkdaşlıq çərçivəsində təşkil edilmiş virtual akademik