Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasında “Dayanıqlı iqtisadi artım, maliyyə siyasəti və əmək bazarının inkişaf strategiyaları” mövzusunda onlayn formatda təlim keçirilib. Təlim universitetdə həyata keçirilən maarifləndirici fəaliyyətlər çərçivəsində təşkil olunub və tələbələrin iqtisadi proseslər barədə biliklərinin artırılmasına yönəlib.
Təlimin əsas məqsədi iştirakçılara müasir iqtisadi inkişaf meyilləri, maliyyə siyasətinin iqtisadi artıma təsiri və əmək bazarının formalaşma xüsusiyyətləri barədə məlumat vermək olub.
Təlim zamanı dayanıqlı iqtisadi artımın təmin olunmasında effektiv maliyyə siyasətinin rolu, dövlətin iqtisadi proseslərin tənzimlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də əmək bazarında baş verən dəyişikliklər və yeni məşğulluq imkanları barədə geniş müzakirələr aparılıb.
İştirakçılara qlobal və regional əmək bazarının inkişaf meyilləri, insan kapitalının gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və rəqəmsal iqtisadiyyatın əmək bazarına təsiri barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və iqtisadi inkişaf strategiyalarının tətbiqi ilə bağlı praktik nümunələr təqdim olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin iqtisadi biliklərinin artırılması, onların analitik düşüncə və peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bu kimi maarifləndirici təlim və seminarlar mütəmadi olaraq təşkil olunur.