MDU-da növbəti ustad dərsləri keçirilib

2024-cü ilin 06 və 11 mart tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə əməkdaşlığı çərçivəsində növbəti ustad dərsləri keçirilib.

İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə hibrid formatda təşkil edilən ustad dərslərdə universitetin “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

İnteraktiv şəkildə keçən ustad dərslərdə AHBVU-nun professorları Ramazan Pars Şahbaz və Kadri Gökhan Yılmaz “Turizm siyasəti və planlaşdırılması” və “Turizm agentlikləri və turoperator müəssisələrinin gələcəyi” mövzuları ilə bağlı təqdimatla çıxış ediblər.

Ustad dərslərdə tələbələrin suallarını cavablandırılıb, turizmin səmərəli inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu dərslər MDU ilə AHBVU arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində davamlı olaraq keçiriləcək.