HE Higher Education Ranking 2025-ci il üçün Ali Təhsil Reytinq siyahısını açıqlayıb və bu nüfuzlu reytinqə ilk dəfə müraciət edən Mingəçevir Dövlət Universiteti Azərbaycan universitetləri arasında 10-cu, dünya üzrə isə 288-ci yerdə qərar tutmuşdur.
Bu nailiyyət universitetin son illərdə apardığı genişmiqyaslı islahatların, tədris və elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin məntiqi nəticəsidir. Bu münasibətlə universitet rəhbərliyini, professor-müəllim heyətini və tələbələrimizi səmimi qəlbdən təbrik edirik. Bu uğur bizim üçün böyük motivasiyadır və inanırıq ki, gələcək illərdə daha yüksək nəticələr əldə edərək həm ölkə daxilində, həm də beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik!