Mingəçevir Dövlət Universiteti nümayəndə heyəti Daşkənd Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində görüş keçirib

  • Post category:Beynəlxalq

Mingəçevir Dövlət Universitetinin Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəyev və Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Pərviz Məmmədrzayev Özbəkistan Respublikasına səfəri çərçivəsində Daşkənd Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində görüş keçiriblər.

Tərəflər arasında mövcud akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi, növbəti semestrdən tələbə və müəllim mübadiləsinə başlanılması, eləcə də birgə layihə və elmi fəaliyyətlərin təşkili məsələləri müzakirə edilmişdir.

Görüş səmimi və qarşılıqlı əməkdaşlıq ruhunda keçmişdir.