Mingəçevir Dövlət Universitetində tələbələr arasında “Sosial Sahibkarlıq ideya müsabiqəsi” uğurla keçirilib.
Universitetin Biznes və menecment kafedrası ilə Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrdə sosial problemlərin innovativ və dayanıqlı biznes modelləri vasitəsilə həlli bacarıqlarını formalaşdırmaq, sahibkarlıq təşəbbüskarlığını və komanda işi kompetensiyalarını inkişaf etdirmək, eyni zamanda universitetdə sosial məsuliyyət və sosial innovasiya mədəniyyətini təşviq etmək olub.
Müsabiqə çərçivəsində iştirakçılar real sosial problemlərə yaradıcı və praktik həll yolları təqdim edərək öz ideyalarını münsiflər heyəti qarşısında müdafiə ediblər.
Münsiflər heyətinin qiymətləndirməsinin nəticələrinə əsasən qalib komandalar aşağıdakı kimi müəyyən olunub:
✅ 1-ci yer – Yeni Başlanğıc
✅ 2-ci yer – Winter
✅ 3-cü yer – Skill2Income
Qalib komandalar təbrik olunub, müsabiqədə iştirak edən bütün tələbələrə göstərdikləri fəallığa, innovativ yanaşmalarına və komanda ruhuna görə təşəkkür bildirilib.
Qeyd edək ki, bu kimi təşəbbüslər tələbələrin sosial düşüncə tərzinin, liderlik keyfiyyətlərinin və sahibkarlıq bacarıqlarının inkişafına mühüm töhfə verməklə yanaşı, universitetdə innovasiya yönümlü mühitin formalaşmasına da xidmət edir.