Könüllülük
Mingəçevir Dövlət Universitetində (MDU) gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını təmin etmək üçün çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.
Buna uyğun olaraq MDU-da “İmtahan könüllüsü”, “Qeydiyyat könüllüsü” və digər könüllülük fəaliyyətləri həyata keçirilir. Tələbə və magistrantlar həmçinin, “ASAN” Xidmət könüllüsü, “BİR” Tələbə Könüllüsü, Mingəçevir şəhər İcra Hakimiyyətinin könüllüsü, Mingəçevir Gənclər Evinin könüllüsü, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü kimi də fəaliyyət göstərirlər. Aktiv könüllülük fəaliyyəti nəticəsində MDU-nun tələbələri Dağlar Babayev, Əlirza Abdullayev və Vüqar İbrahimov “İlin könüllüsü” olaraq seçilib.
Xəbərlər
Mingəçevir Dövlət Universitetinin tələbəsi “İlin Könüllüsü” mükafatına layiq görülüb
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Dağlar Babayev 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının
Mingəçevir Dövlət Universitetində “İmtahan könüllüsü” layihəsi həyata keçirilir
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyası davam edir. “Microsoft Teams” platforması üzərindən təşkil olunan imtahan
Mingəçevir Dövlət Universitetinin könüllü tələbələri “Könüllülər Kuboku”nda nailiyyət əldə ediblər
17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə
Mingəçevir Dövlət Universitetinin könüllü tələbələri “Könüllülər Kuboku”nda nailiyyət əldə ediblər
17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə