Könüllülük
Mingəçevir Dövlət Universitetində (MDU) gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını təmin etmək üçün çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.
Buna uyğun olaraq MDU-da “İmtahan könüllüsü”, “Qeydiyyat könüllüsü” və digər könüllülük fəaliyyətləri həyata keçirilir. Tələbə və magistrantlar həmçinin, “ASAN” Xidmət könüllüsü, “BİR” Tələbə Könüllüsü, Mingəçevir şəhər İcra Hakimiyyətinin könüllüsü, Mingəçevir Gənclər Evinin könüllüsü, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü kimi də fəaliyyət göstərirlər. Aktiv könüllülük fəaliyyəti nəticəsində MDU-nun tələbələri Dağlar Babayev, Əlirza Abdullayev və Vüqar İbrahimov “İlin könüllüsü” olaraq seçilib.
Xəbərlər
Mingəçevir Dövlət Universitetində “İmtahan könüllüsü” layihəsi həyata keçirilir
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyası davam edir. “Microsoft Teams” platforması üzərindən təşkil olunan
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib
Forumdan əvvəl gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə qarşısına gül qoyaraq hörmət və ehtiramlarını bildiriblər. Forum Azərbaycan
Mingəçevir Dövlət Universitetinin tələbə-könüllülərinin əsgərlərimizə salamı var
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 2 Fevral Gənclər Gününə qədər davam edəcək “Əsgərə salam“ aksiyasında
Mingəçevir Dövlət Universitetində “ASAN xidmətin” könüllülük fəaliyyəti maraqla qarşılanıb
Mingəçevir Dövlət Universitetində “ASAN xidmətdə” könüllülük fəaliyyətinin təbliği ilə bağlı tədbir keçirilib. Tədbirdə Mingəçevir “ASAN xidmət” mərkəzinin Vətəndaşların qəbulu işinin