Könüllülük
Mingəçevir Dövlət Universitetində (MDU) gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını təmin etmək üçün çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.
Buna uyğun olaraq MDU-da “İmtahan könüllüsü”, “Qeydiyyat könüllüsü” və digər könüllülük fəaliyyətləri həyata keçirilir. Tələbə və magistrantlar həmçinin, “ASAN” Xidmət könüllüsü, “BİR” Tələbə Könüllüsü, Mingəçevir şəhər İcra Hakimiyyətinin könüllüsü, Mingəçevir Gənclər Evinin könüllüsü, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü kimi də fəaliyyət göstərirlər. Aktiv könüllülük fəaliyyəti nəticəsində MDU-nun tələbələri Dağlar Babayev, Əlirza Abdullayev və Vüqar İbrahimov “İlin könüllüsü” olaraq seçilib.
Xəbərlər
MDU komandası “Könüllülər kuboku Şəki-2019” intellektual oyunun gümüş mükafatçısı olub
Regionlarda intellektual sahənin inkişafı yönündə aparılan tədbirlərə dəstək olmaq istiqamətində ASAN Xidmət, Şəki şəhər Gənclər və İdman İdarəsi, Marxal Resort
“Könüllülər günü” qeyd olundu
05 dekabr 2018-ci ildə “Beynəlxalq Könüllülər Günü” münasibətilə Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı “Könüllü olaq” adlı təlim həyata keçirib.
“Bir” Tələbə-Könüllü Proqramı MDU-da
Mingəçevir Dövlət Universitetində “Bir” Tələbə-Könüllü Proqramının tədbiri keçirilib. Tələbələrin böyük maraqla qatıldığı təqdimat zamanı iştirakçılara “Bir” Tələbə-Könüllü Proqramı, ölkəmizdə könüllülük
MDU tələbələri “ASAN” könüllülər təşkilatına cəlb olunurlar
MDU tələbələri “ASAN” könüllülər təşkilatına cəlb olunurlar Mingəçevir şəhərində tezliklə fəaliyyətə başlayacaq “ASAN” HƏYAT kompleksinin gələcək könüllülər qrupunun üzvüləri olacaq