2024-cü il fevralın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) dekan müavinləri, mütəxəssislər və tyutorlar ilə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə edilib.
Strategiyada nəzərdə tutulan məqsəd, hədəf və fəaliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb, gənclərin rəy və təklifləri dinlənilib, onların çoxsaylı suallarını cavablandırılıb.
Bütün fəal əməkdaşların öz bilik və bacarıqları ilə fərqləndiyini bildirən MDU-nun rektoru Şahin Bayramov sözügedən Strategiyanın uğurla icrasında fəal iştirak edəcəklərinə əminliyini bildirib, MDU-nun yeni dövrün universitetinə çevrilməsində yaxından iştiraklarına görə onlara təşəkkür edib.