You are currently viewing 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

  • Post category:MDU xəbərləri

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı iştirakçılar soyqırım qurbanlarının əziz xatirəsini yad edərək məzarları önünə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar. Çıxış edənlər tariximizin faciəli, eyni zamanda unudulmaz səhifələrindən biri olan 31 Mart soyqırımının gənc nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Mingəçevir Dövlət Universiteti gələcəkdə də vətənpərvərlik ruhunun yüksəldilməsi və tariximizin doğru şəkildə təbliği istiqamətində fəaliyyətini davam etdirəcəkdir.