Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan rektor Şahin Bayramov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda MDU-nun magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi haqqında, eləcə də MDU-da bakalavr və magistrlərin karyera inkişafının təmin edilməsi vəziyyəti və təcrübələrin təşkili haqqında məsələlər geniş müzakirə edilib. Gündəlikdə olan məsələlərlə bağlı müvafiq olaraq Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov və Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov məruzələrlə çıxış ediblər.
Rektor Ş.Bayramov müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib. Müzakərələrdən sonra hər iki məsələ barədə təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
İclasda 2020-2021-ci tədris ilində MDU-nun Magistratura səviyyəsində dərslərin həftənin çərşənbə, çümə axşamı və cümə günləri saat 18:35-dən başlanması qərara alınmışdır.
Sonra cari məsələlərə baxılıb. Mühəndislik fakültəsinin dekanı Vüqar Mustafayevin əmək müqaviləsinə xitam verildiyi üçün Elmi Şura üzvülüyündən azad edilməsi, həmin fakultənin dekan vəzifəsinin icrası həvalə edilmiş Almaz Əliyevanın Elmi Şuranın üzvülüyünə daxil edilməsi iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra “Azercell Telekom” MMC-nin Tələbə Təqaüdü Proqramının nəticələri barədə məlumat verilib. Bildirilib ki, ölkə üzrə 1751 tələbənin müraciət etdiyi Proqramın 28 qalibi arasında MDU-nun III kurs tələbəsi Gülnaz Qarayeva da yer alıb. Qalib tələbəyə müvafiq sertifikat təqdim olunub.
{phocagallery view=category|categoryid=313|limitstart=0|limitcount=0}