Mingəçevir Dövlət Universitetində Startap layihələrlə bağlı konfrans

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Startap layihələrlə bağlı konfrans

Mingəçevir Dövlət Universitetinin (MDU) konfrans zalında Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı fondunun maliyyə dəstəyilə keçirilmiş 4-cü Qrant müsabiqəsində qalib elan olunmuş Startap layihələrin yerinə yetirilməsinə həsr olunmuş konfrans keçirilib.

Konfransı MDU-nun İnnovativ Biznes İnkubasiya (İBİ) mərkəzinin rəhbəri tex.f.d. Möhübbət Əhmədov açaraq konfransın gündəliyindəki məsələlər haqqında iştirakçılara məlumat verib. MDU-nun Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov giriş sözü ilə çıxış edərək, Startap layihələrin əhəmiyyətindən söz açıb və bu sahədə gənclərin aktiv fəaliyyət göstərmələrini tələbələrin diqqətinə çatdırıb. Sonra ardıcıl olaraq çıxış üçün söz Startap layihə rəhbərlərinə verilib.

İlk olaraq, “İntellektual Multi Bələdçi” Startap layihəsinin rəhbəri Möhübbət Əhmədov layihənin 1-ci və 2-ci mərhələsində yerinə yetirilən məsələlər barədə məlumat verib və 3-cü mərhələnin və bütövlükdə layihənin noyabr ayının sonuna tamamlanacağını bildirib. “Öyrən, tətbiq et və qazan” startap layihəsinin rəhbəri Elmir Allahverdiyev çıxış edərək bildirib ki, interaktiv lövhələrdə tədris materiallarının hazırlanması metodlarının öyrənilməsi ilə bağlı 50-dən çox ali və orta məktəb müəllimləri kursu bitirib və 16 sentyabr 2017-ci il tarixində Mingəçevir Gənclər evində onlara sertifikat verilməsi mərasimi keçirilib. “Əl işlərinin ticarəti” startap layihəsinin rəhbəri Kamal Əhmədov çıxış edərək bildirib ki, layihə başa çatıb, bu layihə ilə bağlı yaradılan veb-sayt internet şəbəkəsində fəaliyyət göstərir. Bu dövrə qədər həmin saytda 50-dən çox əl işi yerləşdirilib və alqı-satqı əməliyyatları ilə bağlı onlar 15-ə qədər müştəriyə köməklik göstəriblər.

Konfransın gedişatı zamanı məruzə edənlərə müəllim və tələbələr tərəfindən suallar verilib və müvafiq cavablar alınıb. Konfransda iştirak edən müəllimlərdən Mühəndislik fakultəsinin dekanı tex.f.d., dos. Vüqar Mustafayev, Pedaqoji fakultənin dekanı, t.f.d. Nizami Zeynalov, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dos. Emiliya Hüseynova və b. çıxış edərək, Startap layihələrin əhəmiyyətindən danışıblar. Sonda MDU-nun Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov çxış edərək, startapçıları bir daha görülən işlər münasibətilə təbrik edib və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

{phocagallery view=category|categoryid=22|limitstart=0|limitcount=0}