İsveçdə təlimdə olan Mingəçevir Dövlət Universitetinin əməkdaşları fəaliyyətləri ilə bağlı hesabat veriblər

  • Post category:Xəbərlər (AZ)

İsveçdə təlimdə olan Mingəçevir Dövlət Universitetinin əməkdaşları

fəaliyyətləri ilə bağlı hesabat veriblər

 

İsveçin Kral Texnologiya İnstitutunda “Erasmus+” proqramının dəstəyi ilə EQAC layihəsi çərçivəsində “Ali təhsilin inkişaf etdirilməsi” mövzusunda təlimlərdə iştirak edən layihənin Mingəçevir Dövlət Universiteti üzrə meneceri, Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova və layihə üzvü Üzeyir Zeynalov səfərlə bağlı universitetin professor-müəllim və tələbə heyəti qarşısında təəssüratlarını bölüşüb və hesabat veriblər.

Əvvəlcə Samirə Əhmədova İsveç haqqında və Kral Texnologiya İnstitutu haqqında geniş məlumat verib, universitetin yaranma tarixindən, keçdiyi yoldan, dünya ali məktəbləri sırasında reytiqindən, hazırki fəaliyyətindən, tədris həyatından, tələbə-müəllim münasibətlərindən, tələbələrin və müəllimlərin hüquq və vəzifələrindən, tədrisin keyfiyyətindən və s.

Sonra çıxış edən layihə üzvü Üzeyir Zeynalov təlimlərdə Azərbaycanda daxil olmaqla 7 (Argentina, Braziliya, Çin, Çili, Kolumbiya və Yaponiya) ölkədən 34 nəfər ali təhsil müəssisəsinin nümayəndələrinin iştirak etdiyini qeyd edib.

Ü.Zeynalov bildirib ki, təlim aşağıdakı istiqamətlərdə aparılmışdır: CDİO (Conceive-Design-İmplement-Operate) haqqında, İsveç Kral Texnologiya İnstitutunun timsalında ali təhsilin inkişaf etdirilməsinin strategiyasının istiqamətləri, proqram səviyyəsindən milli səviyyədək keyfiyyətin təmin edilməsi, ali təhsilin inkişaf etdirilməsində təşkilati prinsiplərin qurulması, cəmiyyətlə əməkdaşlıq, fakültələrin inkişaf etdirilməsi, tələbələrin ali təhsilin inkişaf etdirilməsinə cəlb edilməsi, dayanıqlı inkişaf anlayışı, dayanıqlı inkişaf və təhsilinin əlaqəsi, çox vaxt ayırmadan tələbələri öyrətmək imkanlarının araşdırılması, davamlı taəhsil çağrışları, fəal və interaktiv təlim metodları, ali təhasil üçün strategiyalar və s.  

Layihə üzvü qeyd edib ki, Kral Texnologiya İnstitutunun əməkdaşı, təlimçi Kristina Edstrom CDİO haqqında, Anders Rosen “Dayanıqlı inkişaf anlayışı”, dünyanın qeyri-bərabər iqtisadi inkişafı, şimal və cənub arasında qeyri-tarazlığın səbəbləri və s., Jakob Kuttenkenler tələbələrə keyfiyyətli təhsil vermək problemlərindən və istifadə etdiyi metodlardan (fəndlər, “hiylələr”), Gənclər Təşkilatın sədri Arvid Nilson isə GT-nin universitet idarəetməsi barəsində geniş məlumat veriblər.

        Üzeyir Zeynalov hesabatın sonunda bilrdirdi ki, sonuncu gün iştirakçı ölkələrin nümayəndələri fərqli ölkələrin təhsil proqramlarının hazırlanması barədə fikir mübadiləsi apardılar.

{phocagallery view=category|categoryid=216|limitstart=0|limitcount=0}