Milli ruhumuzu, qədimliyimizi özündə yaşadan, yüzillərdən bəri yol gələrək, daima müqavimətlərə, dəyişikliklərə məruz qalan Novruz bayramı özünəməxsusluğunu qoruyub saxlamışdır.Novruz bayramının yorulmaz tədqiqatçısı,professor A.Nəbiyev Novruzun hərfi mənasını belə izah etmişdir: “Novruz” – yeni gün deməkdir. Bir çox mənbələlərdə Novruza Ergenekon, Sultan Nevruz, Xan Novruz, Rüsxət günü, Bozqurd, Çağan, Yılbaşı, Gündönümü, Bahar bayramı, Yaz bayramı və s. demişlər. Qədim türk və fars mənşəli xalqlara məxsus olan, Şərqi Türküstandan Balkanlara qədər ərazidə yayılan Novruzun təxminən 25-ə yaxın adı mövcuddur.Novruz bayramını Uyqurustanda yaşayan uyğurlardan tutmuş Volqaboyunda, Orta Asiyada, Qafqazda, Krımda, Türkiyədə, İraqda, Güney Azərbaycanda və başqa yerlərdə yaşayan bütün türk vəfars mənşəliinsanlar bayram edirlər.
Xalqımızı min illərdən bəri el arasında yaşadan Novruz çox mənbələrdə təsvir olunmuşdur. Bunlardan Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”, Əbu Reyhan “Asarul-Baqiye”, Y.H.Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, N.Gəncəvinin “İsgəndənamə”, Nizamülmülkün “Siyasətnamə” əsəri və başqalarını qeyd də bilərik.
Novruzun qədim tarixi Əhəmənilər dövründən də əvvələ gedib çıxır. Əhəmənilər haqqında yazılan tarixi mənbələrdə bayram onlardan xeyli əvvəl xalq arasında çox təntənə ilə qeyd olunmuşdur. “Avesta” qaynaqlarında da bu bayramla bağlı rituallar, adətlər, xüsusilə də səməninin göyərdilməsi, tonqallar üzərindən tullanma kimi ənənələrin mövcudluğu barədə geniş məlumatlar var.
Qədim tarixilik və zənginlik baxımdan azərbaycanlıların əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramına heç vaxt tükənməyən elmi maraq olmuşdur. Çünki Azərbaycan mədəniyyət tarixində, bayramlarımız içərisində Novruz kimi ikinci bir bayram tapmaq mümkün deyildir ki, o, tariximizin ən qədim dövrlərindən müasir dövrümüzə qədər bir an belə olsun xalqımızın həyatından ayrı düşməsin. Ən qədim şənlikləri, mərasimləri özündə birləşdirən Novruz bayramı xalqımızın milli simvolu, milli inkişafımızın möhtəşəm qaynağıdır.
Novruz bayramının yaranması ilə bağlı bi çox mifoloji və əfsanəvi məlumatlar var. Bunların içərisində müxtəlif xalqların qədim təsəvvürləri öz əksini tapmışdır. Bunlardan fars mifologiyasının bir sıra obrazları Kəymurəs, Cəmşid və b. Novruzla əlaqələndirilir. Həm də yuxarıda göstərdiyimiz kimi Novruz Zərdüştlüklə bağlı mərasimlərə əlaqələndirilir. Buna misal olaraq Zərdüştlüyün dini mərasimi olan “Hörmüz” bayramı Novruzla qarışdırılır. Xüsusi ilə onların adlarındakı bənzərlik qeyd edilir ki, bu bənzərlik daha çox tipoloji və ya unversal xarakterli olmasıda tədqiqatçılar tərəfindən irəli sürülür.
Müstəmləkə siyasətindən irəli gələrək Sovet ideoloqları Novruz bayramına sırf dini don geydirib, onu milli mədəniyyətimizdən silməyə çalışırdılar. Tarixə nəzər salsaq deyə bilərik ki, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün bolşeviklər icazə verirdi. 1928-ci ildənSovet hakimiyyəti tərəfindən həm dini, həm də millibayramlaraqarşıaçıqhücumlarbaşladı. 1937-cildən Novruz bayramı ümumiyyətlə qadağan edildi.1967-ci ildə böyük mənəvi gücə malik olan Novruz bayramını Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi. 1985-ci ildən sonra xalqımızın həyatı və məişətində, milli düşüncəsində tarixinəndərin izlərini buraxmış Novruz bayramı “baharbayramı” yox, artıq“Novruz bayramı” deyəsözaçılırdı. Buna görətədqiqatçılarımız Novruz bayramının dini bir bayram olmadığını, kollektiv yaddaşlarda reallaşdıraraq, xalqımızı öz qədim ənənələrini qoruyub saxlamağa, yaşatmağa və repressiyalardan qorumağa çalışırdılar. Bundan irəli gələrək Sovet dönəmində Novruz bayramı həmin dövr tədqiqatlarında, əsasən, yaz bayramı, təbiət bayramı kimi təqdim olunmuşdur.
Novruz bayramının 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan dövlətinin bütün dünyada böyük uğuru oldu. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur.
BMT Baş Assambleyası 2010-cu il fevral ayının 21 mart tarixini mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirən bayram kimi Beynəlxalq Novruz Günü elan etmişdir. Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, “yeni gün” mənasını verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz, bütün dünyada 300 milyon nəfərdən artıq şəxs tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram artıq 3000 ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur.
Novruz yeni gün həm də xalqımız üçün yeni ilidir. Novruzda torpaq qış yuxusundan oyanır, həyat yenidən canlanır və yeni həyat başlayır.Novruz gününə aparan yol 4 çərşənbədən keçir. Bunlar isə su, od, torpaq və yel çərşənbələridir. Su çərşənbəsində su mənbələrinin təzələnməyi, od -günəşin hərarətinin artması, torpaq-torpağınoyanışının və yel isə küləyin köməyi ilə ağacların tumurcuqlamasını bildirir. Bütün bunlar isə bütövlükdə təbiət canlandırır və yeniləyir.
Təbiətləşir insanlar, insanlaşır təbiət,
Başa varır hər arzu, başa varır hər niyyət.
Hər fəslin öz anı, hər dövrün öz zamanı,
Gəlir Novruz bayramı, tutub düzü-dünyanı.
Nimçələrə düzməli, şəkərbura, paxlava
Al boyanmış yumurta, bir də səməni halva.
Novruz bayramının Novruz süfrəsi və Novruz xonçası var. Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin -“s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir).
Novruz müxtəlif şirniyyatlar hazırlanar ancaq şirniyyatlar içərisində ən önəmliləri şəkərbura, paxlava, qoğal və şəkər çörəyidir. Bunlar isə ayın, ulduzların və günəşin rəmzləri hesab olunur.
Bərəkət nişanəsi olan səməni bayramın əsas atributlarından biridir. Səmənini qadınlarımız göyərtməklə ümidini, arzusunu, ruzisini göyərtmiş olur ki, belə inanclarımız da yaranmışdır. Novruzun simvolik personajları-Keçəl, Kosa və Bahar qızıdır. Bu simvolik personajların özləridə təbiətlə əlaqələndirilir. Belə ki, Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini bildirir.