“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi məcburi köçkünlərin məşğulluq ehtiyaclarını öyrənmək üçün üç bölgədə müzakirələr aparıb
Sentyabrın 22-də Bərdədə 866 saylı qəsəbədə, 23-də Ağdamda “Bənövşələr” qəsəbəsində, 27-də isə Mingəçevir Media Mərkəzində “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” istiqamətində müzakirələr aparılıb. Məlum olub ki, əksər köçkünlər peşələrə yiyələnmədiklərindən bu gün iş tapmaqda çətinlik çəkirlər. Daha çox dövlətin və beynəlxalq təşkilatların yardımlarına bel bağlayan insanlar indi başa düşürlər ki, hansısa bir sənətin sahibi olmaqla gələcəkdə rahat yaşaya bilərlər.
Bu barədə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev məlumat verib. O, 3 bölgədə 72 nəfərin qatıldığı görüşlərdə qaldırılan məsələlərə və həlli yollarına diqqəti çəkib:
“Köçkünlərin bəziləri özünəməşğulluq proqramıına yazıldıqlarını, lakin bir-iki il keçməsinə baxmayaraq, faydalana bilmədiklərini dedilər. Hər bir fakt qeydiyyata götürülde. Həm də açıqlama verildi ki, ehtiyacların qarşılanması növbəlilik qaydasında aparlır. Xüsusən son illərdə maldarlıqla məşğul olmaq istəyənlərin sayı qat-qat artıb, başqa bir məsələ isə hətta tövləsi olmayan şəxslərin də bu sahəyə müraciət ertmələridir. Amma elə peşələr və sahələr var ki, bu gün ərizə verən bir-iki aya müsbət cavab ala bilər. Buna görə də qayıdış ərəfəsində köçkünlərin peşə bacarıqlarının artırılması və icmaların mütəmadi maarifləndirilməsi əhəmiyyət kəsb edir”.
Müzakirələr “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutub. Görüşlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndələri, Qarabağ və Mərkəzi Aran Regional Məşğulluq Fondlarının əməkdaşları, yerli İcra Hakimiyyəti və QHT təmsilçiləri də qatılıblar.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Mingəçevir Dövlət Universitetinin informasiya yardımı ilə həyata keçirilir