2023-cü ilin yanvarın 12-də Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyn cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini müşahidə ediblər.
Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi və bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumat verilib.
Aparılan müşahidələrdən sonra, imtahanların obyektiv, ədalətli, şəffaf və mövcud qaydalara uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız semestrinin imtahan sessiyası fevralın 1-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.